Tehran (IQNA) – Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzində mübarək Ramazan ayı münasibəti ilə keçirilən II Avropa təqlidi-tilavət yarışları başa çatıb.

Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzinin "Darul-Quranil-Kərim" idarəsinin təşəbbüsü ilə "təqlidi tilavət" əsasında virtual keçirilən Qurani-Kərim yarışlarında Avropanın müxtəlif şəhərlərindən 36 nəfər iştirak edib.
Avropanın 2-ci "Tənzil" Qurani-Kərim yarışlarının nəticəsi və qalibləri İmam Həsən Müctəbanın (ə) mübarək mövlud gecəsi sosial şəbəkə üzərindən yayımlanan "Hamburqla Ramazan" proqramında elan edilib.