IQNA

İftar verdikləri üçün həbs olundular

11:14 - May 16, 2020
Xəbər sayı: 3487241
Tehran (IQNA) -  Dövlətin koronavirusun yayılmasının qarşısını almaq üçün göstərişlərinə tabe olmayaraq kütləvi iftar süfrəsi açanlar və təravih namazı qılanlar həbs olundular.

Bəzi Misr vətəndaşları dövlətin koronavirusa qarşı önləyici tədbirlərinə və kütləvi toplantıları qadağan etməsinə məhəl qoymadan kütləvi iftar süfrələri açıb və təravih namazı qılıblar.

Cizə vilayətində keçirilən belə tədbirlərdən birinin götüntüsü sosial şəbəkələrdə yayıldıqdan sonra Misir Prokurorluğu bu tədbirlərin təşkilatçılarının həbs edilməsi barədə göstəriş verib.

Misrdə koronavirus pandemiyasına görə ictimai toplantılar və gecə saatlarında gediş-gəliş qadağan edilib. Buna baxmayaraq mübarək Ramazan ayı ayinlərinə çox bağlı olan bəzi misrlilər iftar süfrələri açıb və təravih namazları qılırlar. Keçən həftə də təravih namazını camaatla qılan bir dəstə həbs edilmişdi.  

3899154

 

captcha