IQNA

11:39 - May 17, 2020
Xəbər sayı: 3487248
Tehran (IQNA) -  İraqın Kufə şəhərində yerləşən və şiələr üçün tarixi əhəmiyyət kəsb edən məşhur "Kufə Came Məscidi" İslam dünyasının böyük məscidlərindən biridir.

Kufənin böyük came məscidi Məscidul-Həram (Kəbə evi), Məscidun-Nəbi (Mədinə məscidi) və Qüdsdəki Əqsa məscidindən sonra İslam dünyasının ən böyük, ən qədim və tarixi əhəmiyyətli məscididir.

Məscidi bir çox peyğəmbərlər ziyarət etmişdir. Burada onların adına məqamlar vardır. Məscid bir çox dini hadisələrin və kəramətlərin şahidi olmuşdur.

Əhli-Beyt (ə) məktəbinin davamçıları və müsəlmanların hər zaman ziyarət etdikləri bu məscid həm də İmam Əlinin (ə) mübarək Ramazan ayının 19-cu gecəsində zərbətləndiyi məsciddir.

Yaradılışın ən bədbəxti İbn Mülcəm Muradi hicri-qəməri tarixi ilə 40-ci ildə İmam Əlini (ə) Kufə məscidinin mehrabında namaz qılarkən terror etmişdir.  3899368

Video üçün tıkla: KUFƏ CAME MƏSCİDİ

Ad:
E-poçt:
* Comment:
* captcha: