IQNA

9:42 - May 27, 2020
Xəbər sayı: 3487297
Tehran (IQNA) -  Suriya dövləti koronavirusun yayılmasının qarşısını almaq hədəfi ilə bağladığı məscidlərin fəaliyyətlərini bərpa edib.

Bu barədə Suriyanın Dini İşlər Nazirliyi məlumat verib. Məlumatda deyilir ki, bu gündən (27 May 2020) ölkənin bütün məscidlərində insanlar camaat namazları qıla bilərlər.

Suriyanın Dini İşlər Nazirliyi sosial şəbəkə hesabında bildirilib ki, müsəlmanlar məscidə gedərlən virusla mübarizə üçün nəzərdə tutulmuş bütün tədbirlərə əməl etinlər.

Qeyd edək ki, Suriyanın Dini İşlər Nazirliyi mübarək Ramazan ayının 15-dən məscidlərdə təckə Cümə namazlarının qılınmasına icazə vermişdi.

3901436

 

Ad:
E-poçt:
* Comment:
* captcha: