IQNA

10:02 - May 28, 2020
Xəbər sayı: 3487303

 ƏQSA məscidi Bazar günü açılacaq

Tehran (IQNA) -  Fələstinin paytaxtı Qüds (Beyül-Müqəddəs) şəhərində yerləşən ƏQSA məscidi cari həftənin Bazar günü fəaliyyətini bərpa edəcək.

 ƏQSA məscidi Bazar günü açılacaq

Bu barədə İordaniyanın İslami Fondlar Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, koronavirusa qarşı mübarizə çərçivəsində fəaliyyəti müvəqqəti olaraq dayandırılmış məscidlərin fəaliyyətlərin bərpasının davamında Əqsa məscidi də həftənin bazar günü (31 May 2020) namazqılanların üzünə açılacaq.

İordaniyanın İslami Fondlar naziri Məhəmməd əl-Xəlayilə bildirib ki, namazqılanlar virusa qarşı önləyici tədbirlərə riayət etməklə Əqsa məscidində namaz qıla biləcəklər.

3901617

 

captcha