IQNA

11:08 - May 30, 2020
Xəbər sayı: 3487307

Mədinə şəhərində yerləşən Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq

Tehran (IQNA) - Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib. Bu barədə İslam işləri naziri Abdel Lətif bin Əbdüləziz əl-Şeyx bildirib. 

Mədinə şəhərində yerləşən Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
Müqəddəs Mədinə şəhərində yerləşən Peyğəmbər (s) Məscidinin qapıları qarşıdakı bazar günü möminlərin üzünə açılacaq. Bu barədə Səudiyyə televiziyası məlumat yayıb.
Məlumata görə, Səudiyyə kralının təlimatı əsasında Səud rejimində 2 mərhələli keçidlə müqəddəs məkanların açılması nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində ilkin olaraq Məscidün-Nəbiyə (s) yenidən zəvvarların daxil olmasına imkan veriləcək.
Səudiyyə Ərəbistanı İki Müqəddəs Ocağı işləri üzrə Baş İdarəsinin sərəncamına əsasən, Peyğəmbər məscidinin insanlarla dolması 40% -dən çox olmamalıdır. Eyni zamanda ibadət edənlər üçün bütün xalçalar həyətdən çıxarılacaqdır. 
Məscidül-Həram hələki bağlı qalır.
captcha