IQNA

12:54 - May 30, 2020
Xəbər sayı: 3487309
Tehran (IQNA) -  Kolumbiyanın paytaxtı Boqota şəhərinin "İmam Qortobi" institutunun direktoru bu ölkənin cavanlarının kütləvi şəkildə İslam dininə meyilləndiklərini deyib.

Kolumbiyanın paytaxtı Boqota şəhərinin "İmam Qortobi" institutunun direktoru İlyas əl-Mərzuqi əlavə edib: Kolumbiya cavanları arasında İslam dinini qəbul edənlərin sayı hər gün çoxalır. Hər həftə əskəriyyəti tələbələrdən olan bir neçə cavanın İslam dininə müşərrəf olduğunun şahidi oluruq.

İlyas əl-Mərzuqi vurğulayıb: Kolumbiyalı unuversitet və institut cavanlarının 70 faizindən çoxu İslam dininə xüsusi rəğbət bəsləyirlər və tələbələrin arasında sonradan İslam dinini qəbul etmişlərin sayı çoxluq təşkil edir.

Kolumbiyanın paytaxtı Boqota şəhərinin "İmam Qortobi" institutunun direktoru bildirib: Müəssisəmizin məscidinə namaz qılmağa gələnlərin çoxu yaşları 15-40 arası olan müsəlmanlardır.

O bildirib ki, Kolumbiyalı cavanlar İslamı özləri seçiblər. Onlar cəmiyyətin orta təbəqəsidirlər və İslam dini ilə maraqlanır və əhəmiyyət verirlər.

3901730

Teqlər: kolumbiya ، boqota ، imam qortobi
Ad:
E-poçt:
* Comment:
* captcha: