IQNA

22:07 - May 30, 2020
Xəbər sayı: 3487310
Tehran (IQNA) – İran İslam İnqilabının dahi rəhbəri və İran İslam Respublikasının qurucusu Həzrət İmam Xomeyninin (r.ə) vəfatının 23-cü il dönümü münasibəti ilə sərgi keçiriləcək.

Sərgi İran İslam Respublikasının Qazaxıstandakı Mədəniyyət Əlaqələri Mərkəzində virtual keçiriləcək.

Sərgi İmam Xomeyni (r.ə) və İslam İnqilabından bəhs edən fotolar və sənədlər nümayiş olunacaq.

Sərgiyə çıxarılan 47 ədəd foto İmam Xomeyninin (r.ə) uşaqlıq və cavanlıq dövrü, İraq və Fransaya sürgün olunması, vətənə dönüşü, heyətlərlə görüşləri, xarici şəxsiyyətlərlə görüşləri, xalq və ölkə məsulları ilə görüşləri, ailə və övladları ilə davranışları və dəfn mərasimi kimi mövzuları ehtiva edəcək.

Bu sərgi İyun ayının 2-də İmam Xomeyninin (r.ə) siyasi, ictimai və dini şəxsiyyətini tanıtdırmaq hədəfi ilə sosiaş şəbəkələr vasitəsi ilə virtual keçiriləcək.   

3901979

Ad:
E-poçt:
* Comment:
* captcha: