IQNA

15:07 - June 03, 2020
Xəbər sayı: 3487330
Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından heç bir bildiriş gəlməyib və əgər cavab olmasa, deməli bu il Həcc ziyarəti təşkil edilməyəcək.
Bu il Azərbaycandan Həcc ziyarəti baş tutmaya bilər. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
 
Qeyd olunub ki, hələ ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından heç bir bildiriş gəlməyib və əgər cavab olmasa, deməli bu il Həcc ziyarəti təşkil edilməyəcək:
 
"Həcc ziyarəti müəyyən prosedur əsasında baş tutur, yəni sənəd qəbulu, aviareyslərin təşkili və s. Bütün bunlar vaxt tələb edən məsələlərdir. Əgər bu ay ərzində Səudiyyə Ərəbistanından bildiriş gəlsə və sənəd qəbulu bərpa olunsa, Həcc ziyarəti baş tuta bilər, ancaq növbəti ay gec olur. Qurban bayramı ildə bir dəfə olur və o zaman Həcc ziyarəti baş tutmalıdır".
 
Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Martın 24-dən karantin rejimi tətbiq edildikdən sonra Həcc ziyarətinə sənəd qəbul edilmir.
 
Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı.
 
Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.
 
Ad:
E-poçt:
* Comment:
* captcha: