IQNA

Amerikalıların 80% ölkədəki vəziyyətin nəzarətdən çıxdığına inanır

20:28 - June 08, 2020
Xəbər sayı: 3487359
Tehran (IQNA) - ABŞ-da keçirilən son sorğular göstərir ki, amerikalıların 80 faizi (10 nəfərdən 8-i) ölkədəki vəziyyətin nəzarətdən çıxdığına inanır və əksəriyyəti koronavirusun yayılmasından, iqtisadi vəziyyətin geriləməsindən narahatdır və ABŞ prezidentinin ölkəni birləşdirmək cəhdlərindən məyus olub.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Deyerler.org-a verdiyi xəbərə görə, NBS Nyusun və Uolt Strit jurnalının mayın 28-dən iyunun 2-dək keçirdiyi son sorğunun nəticələri, ABŞ vətəndaşlarının ölkədəki böhranlı vəziyyətlə bağlı ciddi narahatlığından xəbər verir.

Səsvermədə iştirak edən demokratlardan olan Ceff Harvit bildirib ki, vəziyyət nəzarətdən çıxıb və bu, ABŞ-ın 2020-ci ildəki vəziyyətidir. O, bununla əlaqədar olaraq, bunun amerikalıların razılaşa biləcəyi nadir hallardan biri olduğunu bildirdi. Sorğunun nəticələrinə görə, ABŞ-ın prezidentliyinə namizəd, Demokratlarpartiyasından olan Co Bayden hazırda Trampdan qabaqdadır. Rəy sorğularına görə, 80% ölkədəki vəziyyətin nəzarətdən çıxdığını və yalnız 15%-nin vəziyyətin nəzarət altında olduğunu düşünür.

Birgə sorğuda respondentlərin 63% həm özləri, həm də ailə üzvləri ilə əlaqəli koronavirus infeksiyası ilə bağlı nisbətən narahat olduqlarını söyləyib. Respondentlərin 46% ABŞ-ın iqtisadi vəziyyətinin zəif olduğunu və 2012-ci ilin sentyabrından bu yana ən pis olduğunu bildirib. Respondentlərin 54% koronavirusun yayılmasının və iqtisadi vəziyyətinin köhnə vəziyyətinə gətirilməsinin bir il və daha çox vaxt aparacağını bildirib. Afroamerikalı Corc Floydun ağdərili polis tərəfindən öldürülməsinə gəlincə, respondentlərin 59% Floydun ölümünün və polisin hərəkətlərinin onların problemlərini daha da artırdığını etiraf etdi.

Teqlər: amerika ، Corc Floyd ، abş ، trump
captcha