IQNA

Qurani-Kərimi dörd ilə əl ilə yazdı – Foto

21:28 - June 14, 2020
Xəbər sayı: 3487394
Tehran (IQNA) - Liviyalı hüsnxətt ustadı Şeyx Əhməd Məhəmməd əl-Ğali Xeyrat bin Övkəl dörd il müddətində bütün Qurani-Kərimi əli ilə yazdı.

Liviyanın Bint Bayyah şəhərinin "əl-Fəcih əl-Mücahidə" rayonunda yaşayan hüsnxətt ustadı Şeyx Əhməd Məhəmməd əl-Ğali Xeyrat bin Övkəl bütün Qurani-Kərimi təkcə mürəkkəb və qələmdən istifadə edərək dörd il müddətində yazıb.

Bu əlyazma Qurani-Kərim nüsxəsi Qalunun Nafedən rəvayəti əsasında yazılmışdır. Dörd ilə yazılmış bu nüsxə 18 ay müddətində təshih edilmişdir.  

Əlyazma nüsxənin 621 səhifəsi var. Nüsxənin haşiyəsinin bəzədilməsi və lazım olan qeydlərin əlavə edilməsi 7 ay çəkmişdir. 3904614

captcha