IQNA

ABŞ ordusu etirazı yatırtmaq üçün süngülərlə silahlanır

17:16 - June 15, 2020
Xəbər sayı: 3487403
ABŞ ordusunun hissələri, ölkədə artıq uzun müddətdir davam edən irqçiliyə qarşı etirazları ləğv etmək üçün süngü ilə silahlanır.

Blumberq agentliyinin, Pentaqon mənbələrinə istinad etdiyi məlumatına əsasən, Vaşinqtondan kənarda yerləşən ABŞ qoşunları, ötən həftə süngülər və hərbi güllələr ilə təmin edilib.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə naziri Mark Esper və Baş Qərargah Rəisləri Birliyinin rəhbəri Mark Milli, iyunun 10-da silahın atəşə üçün hazır olmadığını, lakin Milli Qvardiya Komandanlığının süngü və döyüş sursatlardan istifadə edərək mümkün əməliyyatlarda iştirak etməyə hazır olmağı əmr etdiyini bildirmişdir. ABŞ-ın Milli Qvardiyası rezervi gözləmə rejimindədir. Cümə axşamı günü Milli, Ağ Evdən Müqəddəs Con Kilsəsinə qədər Trampı müşayiət etdiyinə görə üzr istəyərək əlavə etdi: "O vaxt mənim bu yerdə olmağım, hərbçilərin daxili siyasətə qarışmaq təəssüratını yaratdı". Qeyd edək ki, polis cümə günü, polis vəhşiliyinə və qaradərili insanlara qarşı qeyri-insani rəftara etiraz olaraq afroamerikalı Corc Floydun öldürülməsindən sonra bir neçə şəhərdə başlayan mitinq və aksiyalara hücum etdi.

Teqlər: mark esper ، Corc Floyd ، abş
captcha