IQNA

Taylandın Dini İşlər Departamenti dini məkanlara kömək üçün hazırdır

2:02 - June 16, 2020
Xəbər sayı: 3487414
Tehran (IQNA) - Taylandın Dini İşlər Departamenti koronavirus pandemiyasının yaratdığı böhranların həlli çərçivəsində bütün dini və məzhəbi məkanlara kömək etməyə hazır olduğunu elan edib.  

İran İslam Respublikasının bu ölkədəki Mədəniyyət Əlaqələri Mərkəzinin verdiyi məlumata əsasən, Taylandın Dini İşlər Departamentinin rəisi müxtəlif dinlərin və məzhəblərin rəhbərləri ilə görüşündə koronavirus pandemiyasının dini məkanlara vurduğu zərərin ödənilməsi barədə kömək edəcəyini deyib.

O vurğulayıb ki, ölkədə fəaliyyət göstərən 8000 məbəd, kilsə və məscidə koronavirusa görə çəkdikləri zərərlərin aradan götürülməsində kömək edəcək.  

Taylandın İqtisadiyyat Nazirinin də iştirak etdiyi bu görüşdə dini məkanların nümayəndələrinin sözləri dinlənilib, onların ehtiyac və problemləri qeydə alınıb və söz verilib ki, dini məkanlarda maarifləndirmə işlərini başlamaq üçün sanitariya qaydlarına əməl etmək şərti ilə şərait yaradılacaqdır. 3905000

captcha