IQNA

11:16 - June 24, 2020
Xəbər sayı: 3487465
Səudiyyə Ərəbistanı müsəlmanların müqəddəs Həcc ziyarəti ilə bağlı qərarını açıqladıqdan sonra krallığın Həcc və Ümrə məsələləri naziri Məhəmməd Saleh bin Tahir jurnalistlərə yeni qaydalar haqqında məlumat verib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, nazir Həcc ziyarətində krallıqda yaşayan yerli sakinlər və əcnəbilərdən ibarət cəmi min nəfərlik qrupun iştirak edəcəyini bildirib. Ziyarət Səhiyyə Nazirliyinin ciddi nəzarəti altında keçiriləcək. Belə ki, bütün zəvvarlar COVID-19 testindən keçiriləcək, onlar ayinləri məsafəni qorumaqla icra edəcəklər. Bundan başqa, 65 yaşdan yuxarı, habelə xroniki xəstəlikləri olanlar ziyarətdən kənarda qalacaq.
 
Krallığın Səhiyyə naziri Tevfik əl-Rabiyah bildirib ki, dini ayinləri icra edən zəvvarlar daha sonra 14 gün karantin altına alınacaqlar. O əlavə edib ki, təhlükəsizlik xidmətinin əməkdaşları, xidmət personalı da testdən keçəcək. Nazir qeyd edib ki, Ərəfat dağında da tibb mərkəzi qurulacaq, zəvvarları təcili tibbi yardım maşınları və həkimlər müşayiət edəcək. Səudiyyə Ərəbistanında yaşayan əcnəbi zəvvarların seçilməsi diplomatik missiyalarla birlikdə həyata keçiriləcək.
Ad:
E-poçt:
* Comment:
* captcha: