
Səudiyyə Ərəbistanın İslami İşlər Nazirliyi ölkənin bütün məscidlərində xətiblərin namaz vaxtı təkcə 10 dəqiqə xütbə deməyinə icazə verib.
Səudiyyə Ərəbistanın İslami İşlər Nazirliyi elan edib ki, xətiblər bu gündən (24 İyun 2020) etibarən namaz qılınandan sonra ən çoxu 10 dəqiqə İslam maarifi dərsi deyə və ya xütbə oxuya bilərlər.
Səudiyyənin İslami İşlər Nazirinin müavini Məhəmməd bin Əbdüləziz Üqəyl bunu koronavirusun yayılması ilə izah edib.
O həmçinin bildirib ki, Quran hifzi dərslərinin kişi və qadınlara təlimi onlayn davam edəcəkdir. /3906815