IQNA

Darul-İfta: Koronaviruslu şəxslərin camaat namazına qoşulması haramdır

10:27 - July 05, 2020
Xəbər sayı: 3487549
Tehran (IQNA) -  İordaniyanın Darul-İfta idarəsi koronavirusa tutulmuş xəstələrinvə ya bu xəstəliyi daşıması şübhəli olanların camaat namazında iştirak etməsini haram elan edib.

Bu barədə İordaniyanın Darul-İfta idarəsi ötən gün, Şənbə, 4 İyul 2020, fətva verib.

İordaniyanın Darul-İfta idarəsi bir qrup insanın koronaviruslu xəstələrin Cümə namazında iştirak etməsi barədə sualına cavab olaraq elan edib ki, onların camaat və Cümə namazına qoşulması vacib deyil, hətta şəri baxımdan haramdır.

Fətvada deyilir: Koronavirusa tutulmuş və ya bu barədə şübhəli olan insanların ictimai yerlərə çıxması, həmçinin həmin insanların öz xəstliklərini gizlətməsi haramdır və belə insanlar özlərini karantinə almalıdırlar.

İordaniyanın Darul-İfta idarəsi əlavə edib: Hər növ keçici xəstəliyi olan və ya zəifliyinə görə xəstəliyə tez yoluxacağını bilən insanların Cümə və camaat namazlarında iştirakı etməsi vacib deyil.   /3908670

captcha