IQNA

İspaniyada İŞİD terrorçularının hücrəsi aşkar edildi

20:51 - July 08, 2020
Xəbər sayı: 3487586
İspaniyanın Badalona şəhərində gəcləri terror təşkilatı sıralarına cəlb edən İŞİD hücrəsi aşkar edilib.

“Ötən bazar günü milli polis Badalona şəhərində (Barselona əyaləti) üç nəfəri terror məqsədi ilə işə cəlb etmə və yaymaqda iştirak etdiklərinə görə tutdu”, - polisin yayımladığı məlumatda bildirilir.  

Saxlanılan şəxslər məhkəməyə təhvil verilib. Polis onların evlərində axtarış aparıb, elektron materiallar, telefonlar və müxtəlif sənədləri ələ keçirib.

Məlumata əsasən, "Badalona hücrəsi" gənclərin terrorçuluğa cəlb olunmasında iştirak etdiyi sübut edilib.  

Bundan əlavə, polis qrup üzvləri ilə Suriyaya İŞİD-ə qoşulmaq üçün gedən Mərakeş əsilli İspan vətəndaşı arasında əlaqəni sübut edib. 

Mənbə: Eastnews.org

Teqlər: İŞİd ، terrorçu ، İspaniya
captcha