Bu barədə Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən Rəqəmsal Media İnstitutunun nəzarətçisi Vila əs-Səffar məlumat verib.
O deyib: Koronavirusun yayılması səbəbi ilə ziyarət üçün məhdudiyyətlər yaranıb. Digər tərəfədən də ölkə daxilində və xaricində ziyarətçilər Şəhidlər Ağasını (ə) ziyarət etməyə müştaqdırlar. Buna görə də onlar üçün virtual ziyarət imkanı yaratmaq qərarına gəldik.
O əlavə edib: Bu məqsədlə hərəmin internet saytında istifadəçilər üçün müqəddəs ziyarətgahın müxtəlif hissələrini 360 dərəcli 3D görünüşlə ziyarət etmək imkanı yaratdıq.
İmam Hüseynin (ə) hərəmini virtual ziyarət etmək üçün qarşıdakı linkə müraciət edin: ZİYARƏT