IQNA

20:35 - July 18, 2020
Xəbər sayı: 3487656
İstanbul Şəhər Şurasının üzvləri “Aya Sofya”nın muzeydən məscidə çevrilməsi layihəsini qəbul ediblər.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SaharAzəri-yə istinadla xəbər verir, İstanbul Şəhər Şurasının üzvləri “Aya Sofya” kompleksinin planı və layihəsinin əlaqədar ixtisas komitəsi tərəfindən muzeydən məscidə çevrilməsinin təsdiq olunmasından sonra Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyasının nümayəndələri tərəfindən təqdim olunan bu layihəni qəbul ediblər.

Rəcəb Tayyıb Ərdoğan bu hökmün ardınca bildirib ki, “Aya Sofya” məscidə çevrildi və iyulun 24-də ötən 86 ildə ilk dəfə olaraq, bu binada namaz mərasimi keçiriləcək.

Türkiyə Ali İdarə Məhkəməsi 1934-cü ildə bu ölkənin nazirlər kabinetinin “Aya Sofya”nın muzey olmasına dair hökmünü ləğv edərək, onu məscidə dəyişibdir.

İstanbulda, Bosfor boğazının girəcəyində yerləşən “Sultan Əhməd” bölgəsindəki “Aya Sofya”, bir bədii-memarlıq abidəsi olaraq, altıncı milad əsrində tikilib və 15-ci əsrdə, Osmanlı imperiyası dövründə məscidə çevrilibdir.

Ad:
E-poçt:
* Comment:
* captcha: