IQNA

14:30 - July 19, 2020
Xəbər sayı: 3487666
Tehran (IQNA) -  İslami Təhsil, Mədəniyyət və Elm Təşkilatı (Islamic World Educational, Scientific and Cultural Organization / ICESCO) "Böhran zamanı dini rəhbərlərin rolu" seminarı təşkil edir.

İslami Konfrans Təşkilatının nəzdində fəaliyyət göstərən İSESKO-nun təşkil etdiyi "Böhran zamanı dini rəhbərlərin rolu" adlı beynəlxalq seminar İyul ayının 21-də, həftənin Çərşənbə Axşamı günü keçiriləcək.

Dünyanın müxtəlif müəssisə, elmi və dini heyət, dini mütəfəkkir və şəxsiyyətlərinin iştirak etdiyi seminar "Dini rəhbərlərin ümümdünya əxlaqi həmrəyliyinə tərəf" şüarı ilə keçirilir. 

Seminar Mərakeşin Ribat şəhərində yerli vaxtla səhər saat 9:00-da başlayacaq. Seminar açılış mərasimi və digər üç elmi toplantı ilə davam edəcək.

İslam Dünyası Birliyi və Müsəlman Cəmiyətlərin Beynəlxalq Şurasının həmkarlığı ilə keçirilən seminarın ilk iclasında "Covid-19" böhranında dini müəssisələrin gördükləri işlər müzakirə ediləcək.

Seminarın ikinci və üçüncü iclaslarında dini düşüncənin gələcəyi, yeniçilik gətirən xüsusiyyətləri və praktiki vasitələri və bundan böhranların qarşısının alınmasında faydalanmaq və mənfi reaksiyaları araşdırılması, həmçinin dini rəhbərlərin və təşkilatların müştərək və birgə iş prinsipləri kimi mövzular araşdırılacaq.

Seminarda Azərbaycan və Qafqazın Fətva Evi, əl-Əzhər İslam Mərkəzi, Mərakeşin Ali Dini Elmi Şurası, Beynəlxalq Ali Humanist Qardaşlıq Komitəsi, Vatikan, Dinlərin Dialoqu Şurası, Amerika Yəhudiləri Dini Komitəsi, İslami Fihq Beynəlxalq Cəmiyyəti, Misrin Darul-Fətavası, Pakistanın İslami Şəriət Mərkəzi və Livan universiteti və sair beynəlxalq təşkilat və qrumlar iştirak edəcəklər.  /3911095

 

Ad:
E-poçt:
* Comment:
* captcha: