IQNA

15:16 - July 24, 2020
Xəbər sayı: 3487717
Belçika Statistika Qurumunun yaydığı məlumata görə, ölkədə 2019-cu ildə doğulan oğlan uşaqları üçün ən populyar adlar Adəm və Məhəmməddir - təxminən bərabər sayda körpəyə bu adlar verilmişdir.
Belçikada yeni doğulan oğlan uşaqlarında verilən adlar arasında Məhəmməd adının ilk sırada gəldiyi bildirilib.
Maide.Az "Krasnaya Vesna" a istinadla xəbər verir ki,  Belçika Statistika Qurumunun yaydığı məlumata görə, ölkədə 2019-cu ildə doğulan oğlan uşaqları üçün ən populyar adlar Adəm və Məhəmməddir - təxminən bərabər sayda körpəyə bu adlar verilmişdir.
Brüsseldə ən populyar on adın sırasına Məhəmməd, Əmir, İmran daxildir. Belçikada Adam, Luis və Qabriel kimi avropa adları üstünlük təşkil etsə də paytaxt Brüsseldə vəziyyət tamam fərqlidir.
2019-cu ildə qızlar arasında Nur adı ən çox yayılmışdı. Belçika paytaxtında məşhur adlar Jasmine, Amira, Inayadır. 
Qeyd edək ki, Brüsseldə 300 min müsəlman yaşayır. Bu şəhər əhalisinin təqribən 25% -ni təşkil edir. Bunlar əsasən Mərakeşdən (70%) və Türkiyədən (20%) gələn immiqrantlardır. Sosioloq Felice Dassetto hesab edir ki, 2030-cu ilədək müsəlmanlar Brüsseldə dini-etnik çoxluq təşkil edəcəklər
 
Ad:
E-poçt:
* Comment:
* captcha: