IQNA

İrandakı İslami Oyanış Qurultayı: Ayasofya məscidi təqdir olunan addımdır

8:16 - July 28, 2020
Xəbər sayı: 3487746
Ali Dini Liderin Beynəlxalq münasibətlər üzrə məsləhətçisi Ə. Vilayətinin baş katibi olduğu İrandakı Dünya İslami Oyanış Qurultayı, Ayasofya Məscidinin yenidən açılması ilə əlaqədar bəyanat yayımlayıb.

İslam dünyasının ali dini lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənablarının Beynəlxalq münasibətlər üzrə məsləhətçisi Əli Əkbər Vilayətinin baş katibi olduğu İrandakı Dünya İslami Oyanış Qurultayı, Ayasofya Məscidinin yenidən açılması ilə əlaqədar bəyanat yayımlayıb.

Bəyanatda, Türkiyə hökumətinin və xüsusilə prezident Rəcəb Tayyib Ərdoğanın "İslami kimliyini yenidən canlandırmaq və İslam irsinin bərpası istiqamətində cəsarətli və təqdirəlayiq addım atdığı" vurğulanıb.

Qurultay bəyannaməsində bütün müsəlmanlar da Ayasofya məscidinin ibadət üçün açılması qərarını dəstəkləməyə çağrılıb.

Mənbə: https://eastnews.org/news/48297

captcha