IQNA

Həzrət Əbülfəzl Abbasın (ə) hərəmi gül çələngləri ilə bəzədildi

11:49 - August 08, 2020
Xəbər sayı: 3487840
Kərbəla şəhərində yerləşən Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmində İslam dininin üçüncü böyük bayramı münasibətilə bayram hazırlıqları davam etdirilir.

Qədir Xum gününün yaxınlaşması münasibətilə Həzrət Əbülfəzl Abbasın (ə) Zərihi-Şərifi xüsusi bəzədilmişdir. Dekorasiyalarda gözəl qoxusu və görünüşü ilə tanınan təbii çiçəklərdən hazırlanmış tər güllərdən istifadə edilmişdir.

Bəzədilmə işləri xüsusi bir mərasimlə müşayiət olunub. Mərasim zamanı səhiyyə işçiləri tərəfindən verilən bütün təlimatlara əməl edilib.

Müqəddəs ziyarətgahların məhdud sayda xidmətçisinin iştirakı ilə keçirilən mərasimdə əvvəlcə Həzrəti Əbülfəzl Abbasın (ə) ziyarət duası oxunub və bütün müsəlmanların tezliklə sağalması və dünya üzərindəki bu bəlanın və epidemiyaların aradan qalxması üçün Allaha dua edilib. Sonra bəzədilmə işləri icra olunub.

Müqəddəs ziyarətgahın qapısı, sütunlu dəhlizləri, Beynul-Hərəmeyn Meydanı da bu gözəllikdən öz paylarını alıb. Beləliklə, Kərbəladakı müqəddəs məkanların müqəddəsliyi ilə dolu atmosferinə göz oxşayan rənglər qatmış gözəl çiçəklərin verdiyi sevinclə dolu xoş bir mənzərə əlavə edilib.

Deyerler.org

captcha