IQNA

23:09 - August 12, 2020
Xəbər sayı: 3487874
Tehran (IQNA) -  Şiə təqlid mərcələrinin nümayəndələri və Şiə İslam Mərkəzlərinin rəisləri 1442-ci ilin Məhərrəm ayının əzadarlıq məclisləri ilə bağlı bəyanat yayıb.

Şiə təqlid mərcələrinin İngiltərədəki nümayəndələri və bu ölkədəki Şiə İslam Mərkəzlərinin rəisləri İmam Hüseynin (ə) əzadarlıq günləri ilə bağlı bəyanat yayaraq bildiriblər ki, Məhərrəm ayının əzadarlığı qəhrəmanlıq, zülmə qarşı mübarizə, fədakarlıq və vəfadarlıq simvoludur.

Bu ayda bütün Hüseynçilər bu matəmi xüsusi ayinlər ilə əbədiləşdirir, Əhli-Beytin (ə) məzlumiyyət səsini və Aşura mədəniyyətini gələcək nəsillərə ötürür.

İmam Hüseyn (ə), Əhli-Beyt (ə), Kərbəla şəhidləri bizim üçün Peyğəmbərimiz (s) qədər əzizdir, onların şəhid edilməsi və əhli-əyallarının əsir edilməsi qəlbizimi dağlayır. Və qəlbimizdəki bu yanğı və eşq bu əzadarlığı bu günədək saxlamağımıza səbəb  olub.

Lakin, bu il, məlum koronavirus pandemiyasının vüsət alması səbəbi ilə Aşura İnqilabının ildönümünü və Məhərrəm ayının əza məclislərini xüsusi şəraitdə qeyd edəcəyik.

Biz, bu il bütün dünya əhalisinin sağlamlığını nəzərə alaraq virusun yayılmasının qarşısını almaq üçün lazım olan bütün qabaqlayıcı tədbirlərə əməl etməliyik.

Bütün təqlid mərcələrinin fətvasına əsasən sanitariya qaydalarına əməl etməmək və xəstəliyin yayılmasına səbəb olmaq və zəmin yaratmaq haram və günahdır.

Mütəxəssis həkimlər qapalı məkanlarda toplaşmağı və sosial fasilənin qorunmamasını insanların sağlamlığı üçün təhlükəli sayır və həmçinin virusun yayılmasının ikinci dalğasının da olacağını ehtimal edirlər.

Bütün bunları nəzərə alaraq tövsiyə edirik ki, Məhərrəm ayının əzadarlıq məclisləri də mübarək Ramazan ayının məclisləri kimi virtual məkanda həyata keçirilsin.

Bütün dini bacı və qardaşlarımızı tibbi tövsiyələrə əməl etməyə və Məhərrəm mərasimlərini sosial şəbəkə vasitələri ilə izləməyə dəvət edirik.

Seyyid Mürtəza Kəşmiri

Seyyid Fazil Milani

Əli Alimi

Seyyid Məhəmməd Musəvi

Seyyid Əlirza Rəzəvi

Seyyid Haşim Musəvi

/3916172

Teqlər: Məhərrəm ، 1442 ، əzadarlıq
Ad:
E-poçt:
* Comment:
* captcha: