IQNA

12:44 - August 16, 2020
Xəbər sayı: 3487900
Tehran (IQNA) -  Qüdsinin divanında olan şer və mərsiyələr bu görkəmli şairinin Həzrət Adəm (ə), Həzrət Məhəmməd (s), Əhli-Beyt (ə), Kərbəla hadisəsi və İmam Hüseynə (ə) olan xüsusi sevginin təzahürüdür.

"Divan-e Qüdsi Vənəndi" adlı əsərdə Azərbaycan dilində olan şer və mərsiyələr bu görkəmli xalq şairinin Həzrət Adəm (ə), Həzrət Məhəmməd (s), Əhli-Beyt (ə), Kərbəla hadisəsi və İmam Hüseynə (ə) olan xüsusi sevginin təzahürüdür.

İran İslam Respublikasının Naçxıvan Muxtar Respublikasındakı Mədəniyyət Əlaqələri Mərkəzi azərilərin tanınmış şairi Qüdsi Vənəndinin şer divanını müxtəlif aspektlərdən araşdırmış kitabın yeni nəşrini hazırlayıb.

Bundan öncə bu kitabı Naxçıvan Dövlət Universitetinin Azərbaycan Ədəbiyyatı Şöbəsinin rəisi Prof. Əsgər Qədimov 2014-cü ildə araşdıraraq Bakının Elm və Təhsil nəşriyyatında 500 tirajla çap və nəşr etmişdi.  

525-ci Qəzet - Naxçıvan Universitetində Qüdsi Vənəndinin “Divan ...

428 səhifəlik bu kitabın 189-cü səhifəsindən 311-ci səhifəsinədək Həzrət Adəm (ə), Həzrət Məhəmməd (s), Əhli-Beyt (ə), Kərbəla müsibəti və İmam Hüseyn (ə) barəsində şer və mərsiyələr yer almışdır.  

Kitabda Hacı Mirəbdürrəhim Mirza Ağarəhim Qüdsi Vənəndinin (1773-1861) Azərbaycanın Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnsititutunda saxlanan divanının əlyazma nüsxəsi və digər mənbələrdə Qüdsiyə aid olan əsərlər toplanmış və araşdırılmışdır.

Kitabın 312-428-ci səhifələrində Ərəb və Farsca olan 660 sözün izahı verilmişdir.

Diven-e Qüdsidə Fars dilində olan şer və mərsiyələr isə əlavə bir kitabda çap və nəşr ediləcəkdir.

Hacı Mirəbdürrəhim Mirza Ağarəhim Qüdsi Vənəndi Naxçıvanın elm, mədəniyyət və incəsənətinin inkişafında böyük rol ifa etmişdir. O, Naxçıvanın "Ənüməne-Şüəra"sının rəisi və təsisçilərindən biri olmuşdur.

Vənəndi eyni zamanda Azərbaycanın Gəncə, Şirvan, Salyan, Qarabağ və digər bölgələrinin əməkdaşları ilə də sıx əlaqələr saxlamışdır.

Qüdsi ibtidai təhsilini Ordubadda başa vurduqdan sonra Təbriz şəhərinə köçmüş və dini elmlər üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Ordubada qayıtmış dini elmlər, İslam və Şərq ədəbiyyatına öz töhfəsini vermişdir. /3916673  

Ad:
E-poçt:
* Comment:
* captcha: