IQNA

19:28 - August 19, 2020
Xəbər sayı: 3487926
Etiraz aksiyalarına səbəb Cammu və Kəşmir ştatının qeyri-müsəlman sakinin təhqirlərinin olduğu videonun sosial şəbəkələrdə yayılması olub.

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Hindistanın nəzarətindəki Kəşmirdə İslam Peyğəmbərinin (s) təhqir edilməsinə görə etiraz aksiyaları keçirilib.

Bununla bağlı bölgənin bəzi ərazilərində komendant saatı tətbiq edilib.

Etiraz aksiyalarına səbəb Cammu və Kəşmir ştatının qeyri-müsəlman sakinin təhqirlərinin olduğu videonun sosial şəbəkələrdə yayılması olub.

Bölgə müftüsü Nasir müsəlmanları dinc nümayişlər keçirməyə səsləyib.

Heç bir müsəlman Peyğəmbərə (s) qarşı təhqirə dözməməlidir. Təqsirkarlar preventiv tədbir qismində tutulmalı və ən sərt cəzanı almalıdır”, – deyə o bildirib.

Polis artıq həmin videonun yaradılmasında əli olan iki yerli sakininin kimliyini müəyyən edib. 3-cü şəxs isə hələ də axtarışdadır.

Ad:
E-poçt:
* Comment:
* captcha: