IQNA

Dünyada Hüseynsevərlər Məhərrəm-Səfər əyyamına hazırlaşır - FOTO

6:22 - August 20, 2020
Xəbər sayı: 3487931
Son günlərdə dünyanın hər yerində Əba Əbdillah əl-Hüseynin (ə) aşiqləri Məhərrəm-Səfər əyyamı yaxınlaşdıqca məscidlər və hüseyniyyələri matəm üçün hazırlayırlar.
Bütün dünyada olan Hüseynsevərlər, İslam dünyası Məhərrəm-Səfər əyyamına hazırlaşır. Dünyanın müxtəlif ölkələrində bununla əlaqədar məscidlərə, Hüseyniyyələrə, meydanlara qara bayraqlar vurulur, heyətlər pandemiya şəraitinə uyğun olaraq əzadarlıq mərasimlərinin keçirilməsinə hazırlaşır.
İranın müxtəlif şəhərlərində, o cümlədən Ərdəbildə ənənəvi olaraq Məhərrəm-Səfər əyyamının daxil olmasına bir neçə gün qalmış artıq əzadarlıq mərasimləri başlanıb. Kovid-19 protokollarına riayət etməklə Ərdəbildə Əhli-beyt (ə) sevdalıları əzadarlıqlara başlayıb. Mərasimlər həm sosial məsafə gözləməklə məscid və hüseyniyyələrin daxilində, həm də məscidlərin həyətlərində keçirilir.
 
 
 
Əba Əbdillah Əl-Hüseynin (ə) aşiqləri Məhərrəm-Səfər əyyamı yaxınlaşdıqca məscidlər və hüseyniyyələri matəm üçün hazırlayırlar.
ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərindəki Ahlul-Bayt İslam Mərkəzi 1442-ci hicri ilinin Məhərrəm-Səfər matəm əyyamı üçün qara bayraq və matəm rəmzləri ilə bəzədilib.
Mərkəzdən paylaşılan görüntülərdə məscidin koronavirusla mübarizə ilə bağlı verilmiş sağlamlıq protokollarına uyğun hazırlandığı görünür.
 
 
 
 
Britaniyanın Luton şəhərində Məhərrəm-Səfər əyyamına hazırlıq
Böyük Britaniyanın Luton şəhərindəki İmam Əli (ə) İslam Mərkəzinin üzvləri qara köynək geyinərək, bu ilki Məhərrəm-Səfər əyyamı üçün İslam mərkəzinin məscidini matəmə hazırlayıblar.
 
 
 
 
Almaniyanın Salman Farsi İslam Mərkəzi Məhərrəmliyə hazırlandı
Almaniyanın Hanover şəhərindəki Salman Farsi İslam Mərkəzinin üzvləri 1442-ci hicri ilinin Məhərrəm-Səfər matəm əyyamı üçün İslam mərkəzinin məscidini qara bayraq və matəm rəmzləri ilə bəzəyiblər.
Mərkəzdən paylaşılan görüntülərdə məscidin koronavirusla mübarizə ilə bağlı verilmiş sağlamlıq protokollarına uyğun hazırlandığı görünür.
 
 
 
 
captcha