IQNA

Danimarkanın radikal sağçı Sərt Xətt partiyasının üzvləri Quranı yandırdılar

21:01 - September 10, 2020
Xəbər sayı: 3488090
Danimarkanın ifrat sağçı Sərt Xətt (Stram Kurs) partiyası üzvləri İsveçin paytaxtı Stokholmun Rinkebi bölgəsində Quranı yandıraraq, sosial mediada yayımlayıblar.

Eastnews.org-un verdiyi xəbərə görə, Danimarkanın ifrat sağçı Sərt Xətt (Stram Kurs) partiyası üzvləri İsveçin paytaxtı Stokholmun Rinkebi bölgəsində Quranı yandıraraq, sosial mediada yayımlayıblar.

Türklərin və müsəlmanların sıxlıq təşkil etdiyi Stokholmun Rinkebi, Fittya, Albi, Xusbi və Upplands Vesbi bölgələrində 12 sentyabrda Quranı yandırmaq üçün polisdən icazə istəyən irqçi partiya üzvlərinə icazə verilməməsinə baxmayaraq, onlar təxribatı gizli şəkildə həyata keçiriblər.

Sosial mediada yerləşdirdikləri videodakı görüntülərə görə, irqçi partiya üzvlərinin içərisində olduqları nəqliyyat vasitəsi səhər tezdən Rinkebi məhəllə mərkəzinə gəlib. Nəqliyyat vasitəsindən enən bir nəfər benzin tökdüyü Qurani-Kərimə od vurub.

Təxribatı həyata keçirən irqçilər heç kim görmədən sürətlə hadisə yerindən uzaqlaşıblar. 

captcha