IQNA

23:08 - September 17, 2020
Xəbər sayı: 3488126
Şri-Lankanın hakim partiyası ölkədə inəklərin kəsilməsini qadağan etmək niyyətində olduğunu elan edib. Bu addım ölkənin təqib olunan müsləman azlığına qarşı atılmış növbəti düşmən addım olacaq.

Az.shafaqna.com “WioNews”-ə istinadən xəbər verir ki, Şri-Lankanın hakim partiyası ölkədə inəklərin kəsilməsini qadağan etmək niyyətində olduğunu elan edib. Bu addım ölkənin təqib olunan müsləman azlığına qarşı atılmış növbəti düşmən addım olacaq.

Şri-Lankada ənənəvi olaraq ətdən istifadə edilir, lakin buddistlər və induistlər mal ətinin yeyilməsinə və inəklərin kəsilməsinə qarşıdırlar. Müsəlman və xristianlar üçün isə bu ət rasionlarının standart hissəsidir.

Bu ölkədə illik adam başına 1,8 kq mal əti düşür ki, bu da ölkədə illik adam başına düşən 7,9 kq toyuq əti ilə müqayisədə bir neçə dəfə azdır.

Ölkədəki buddistlər uzun illər idi ki, inəklərin kəsilməsinə nail olmağa çalışırdılar, lakin indi cəmiyyətdəki antimüsəlman əhvalının artımının fonunda bu cür qadağan reallıq olacaq.

Maraqlısı budur ki, hökumət mal əti idxalını qadağan etməyəcək.

Teqlər: Şri-Lanka ، inək ، buddist ، induist
Ad:
E-poçt:
* Comment:
* captcha: