IQNA

1:07 - September 18, 2020
Xəbər sayı: 3488138
İmam Hüseynin (ə) pak hərəminin yaxınlığında Ərbəin ziyarət vaxtı xidmət edəcək yeni xəstəxanalar, məkanlar və müxtəlif layihələr açılacaq.

Ərbəin ziyarəti üçün Kərbəlada xüsusi hazırlıq işlərinə başlanılıb.

Deyerler.org xəbər verir ki, Ərbəin əyyamında milyonlarla zəvvarı qəbul etməyə hazırlaşan İmam Hüseynin (ə) pak hərəmi koronavirusla mübarizə ilə bağlı sağlamlıq protokollarına tam riayət olunmasının təmin etmək üçün hərəmin daxilində dəmir-polad konstruksiyalı sədlər quraşdırır.

İmam Hüseynin (ə) pak hərəminin yaxınlığında Ərbəin ziyarət vaxtı xidmət edəcək yeni xəstəxanalar, məkanlar və müxtəlif layihələr açılacaq.

Təlli Zeynəbiyə ziyarətgahının beton quruluşunun (75%) tamamlanmasından sonra, burada itkin düşənlər üçün xüsusi mərkəz açılacaq.

İmam Hüseynin (ə) pak hərəminin qiblə qapısı qarşısındakı küçə və Aqilə Zeynəb səhnində əməliyyat otaqları olan iki təcili yardım xəstəxanasının səfər ayının 7-də açılması planlaşdırılıb.

Ərbəin ziyarətçilərinin hərəkətini asanlaşdırmaq üçün İmam Hüseynin (ə) Xeyməgahı ərazisində uzunluğu 500 metr və eni 12 metr olan mühüm və həyati əhəmiyyətli bir küçə də açılacaq.

İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) müqəddəs ziyarətgahının katibliyinə bağlı İraqda və İslam dünyasında Hüseyni mərasimlər, proseslər və təsisatlar departamentinin müdiri Seyid Haşim Əl-Musəvi bu günə qədər müxtəlif ölkələrdən 50 mindən çox alayın (mokəb) rəsmi olaraq departamentdə qeydiyyatdan keçdiyini bildirib.

Seyid Haşim koronavirus pandemiyasına görə xarici ölkələrdən Ərbəin yürüşlərinə qatılmağın mümkün olmadığının rəsmi şəkildə təsdiqləndiyi üçün bu ilin Ərbəin mövsümünün İraq daxilindən 10 min İmam Hüseyn (ə) mokəbinin iştirakına və xidmətimə icazə verildiyini bildirib.

Kərbəlada Ərbəin üçün xüsusi hazırlıq başlandı

Ad:
E-poçt:
* Comment:
* captcha: