IQNA

10:04 - September 20, 2020
Xəbər sayı: 3488151
Tehran (IQNA) - Sağçı və respublikaçı partiyalarından olan deputatlar parlamentdəki iclasda hicablı müsəlman tələbənin olmasına görə zalı nümayişkaranə tərk ediblər.

Az.shafaqna.com “Islam News”-ə istinadən xəbər verir ki, sağçı və respublikaçı partiyalarından olan deputatlar parlamentdəki iclasda hicablı müsəlman tələbənin olmasına görə zalı nümayişkaranə tərk ediblər.

Məryəm Pujetu yerli və millətcə fransız olan müsəlman xanımdır. O, 21 yaşının olmasına baxmayaraq, UNEF (Fransa Tələbələrinin Milli İttifaqı) tələbə ittifaqının Sorbondakı prezidentidir. 17 sentyabrda o, profilli iclasların birində iştirak üçün parlamentə gəlib.

Hicablı xanımın gəlişi orada olan bəzi insanların narazılığına səbəb olub. Respublikaçı Anne-Kristian Land öz çıxışında bildirib: “Parlament üzvü və feminist biri kimi, bir insanın hicablı halda bizim iclasda iştirakı ilə razılaşa bilmərəm. (Hicablı birinin gəlişi) mənim üçün alçalma əlamətidir. Buna görə də mən bu iclası tərk etdim”. Onunla yanaşı sağçı və respublikaçı deputatlar da zalı tərk ediblər.

Teqlər: hicab ، sağçı deputat ، fransız ، hicab
Ad:
E-poçt:
* Comment:
* captcha: