IQNA

9:04 - September 23, 2020
Xəbər sayı: 3488173
Tehran (IQNA)  - Qum Ali Dini Elmi Hövzəsinin Müdərrislər Cəmiyyətinin üzvü Ayətullah Həsən Məmduhi ötən gün (22 Sentyabr 2020) axşam saatlarında, 81 yaşında ikən Haqqın dəvətinə ləbbeyk deyib.

Qum Ali Dini Elmi Hövzəsinin Müdərrislər Cəmiyyətinin üzvü Ayətullah Həsən Məmduhi ötən gün (22 Sentyabr 2020) axşam saatlarında, 81 yaşında ikən Haqqın dəvətinə ləbbeyk deyib.

Ayətullah Həsən Məmduhi 1318-ci hicri-şəmsi ilində İranın Kermanşah şəhərində anan olub. Dindar və ruhani ailəsində böyüyüb və ilk təhsilini ata ocağında alıb.

Ayətullah Studə, Meşkini, Nuri Həmədani, Azəri Qumi, Sultani, Mühəqqiq Damad, Mirza Haşim Amuli, Ayətullah Cavadi Amuli, Ayətullah Həsənzadə Amuli, Əllamə Təbatəbai və Ayətullah Üzma Gülpayqani kimi böyük ustadların məhzərində dini elmləri mənimsəyib.

Ayətullah Məmduhi dini təhsilini Ayətullah Seyyid Mösin Xərrazi, Ayətullah Rza Ustadi və Şeyx Qüdrətullah Nəcəfi kimi tanınmış hövzə ustadları ilə birlikdə öyrənib və onlarla yaxın dost olub.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Quran və Əhli-Beyt (ə) maarifinin yayılmasında parlaq xidmətləri olan bu alimin hüznlü vəfatı münasibəti ilə müqəddəs İslam Cümhuriyyətinin xidmətçilərinə, İran xalqına, mərhumun ailəsinə, elm əhlinə və mərhum ustadın tələbələrinə təsliyət deyir.   /3924791

Ad:
E-poçt:
* Comment:
* captcha: