IQNA

İmam Hüseynin (ə) hərəminin xətibinin dəfn mərasimi - Foto

11:59 - October 13, 2020
Xəbər sayı: 3488353
İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının Oktyabr ayının 11-i Küveytdə vəfat edən məddahı, xətibi tanınmış din xadimi Ayətullah Seyyid Casim ət-Tüveyrəcavinin dəfn mərasimi izdihamla keçirilib.

İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının məddahı, xətibi tanınmış din xadimi Ayətullah Seyyid Casim ət-Tüveyrəcavi Oktyabr ayının 11-i Küveytdə vəfat edib.

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Ayətullah Əl-Təvircəvi, 73 yaşında Küveytdəki Əl-Əmiri xəstəxanasında dünyasını dəyişib.

Ayətullah Seyyid Casim ət-Tüveyrəcavinin ölümündən sonra İraqın baş naziri Mustafa Əl-Kazıminin əmri ilə cənazənin Nəcəfül Əşrəfə gətirilməsi üçün hərbi təyyarə göndərilib.

İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının xətibi ölümündən sonra Seyid Əmmar Əl-Həkim və sabiq baş naziri Nuri Əl-Maliki kimi şəxsiyyətlər onun ölümü ilə əlaqədar başsağlığı veriblər və müsəlman ümmətinin tanınmış bir xətibini itirdiyini vurğulayıblar.

Ayətullah Seyyid Casim ət-Tüveyrəcavi dəfn olunmaq üçün oktyabrın 12-si Kərbəla şəhərinə gətirilib.

Mərhum Ayətullah Seyyid Casim ət-Tüveyrəcavi Kərbəla xalqının izdihamlı iştirakı ilə İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında dəfn edilib.

Digər tərəfdən, Ayətullah Seyyid Casim ət-Tüveyrəcavinin ölümündən sonra Kərbəla qubernatoru bu şəhərdə iki günlük kütləvi matəm elan edib.

Ayətullah Seyyid Casim ət-Tüveyrəcavi İmam Hüseynin (ə) pak hərəminin həyətinin içindəki Əl-Şiraziyə qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Ayətullah Seyyid Casim ət-Tüveyrəcavi 1947-ci ildə Nəcəfül-Əşrəf şəhərində anadan olmuşdur. Ömrünü Əhli-Beytə (ə) xidmət etməklə keçirmiş və adı Əhli-Beytin (ə) xidmətçiləti arasında qeydə alınmış İmam Hüseyn (ə) minbərinin görkəmli natiqlərindən biridir.

O, 1962-1980-ci illərdə İmam Hüseynin (ə) hərəminin günbəzi altında rözə mərasimi keçirmişdir.

Nəcəf seminariyasında Şeyx İzzəddin Əl-Cəzairi və Şeyx Taha Əl-Bəsri kimi alimlərdən dərs almış. 1980-ci ildə, İraqdakı vəziyyət qarışıq olduğu, edam və həbslər Səddam rejimi dövründə ən yüksək səviyyədə olduğu zaman, Küveytə getmiş və orada yaxşı qarşılanmışdı. Bəəsçilərin Küveytə gəlişindən sonra 1990-cı ildə İrana getmişdi.

Ayətullah Seyyid Casim ət-Tüveyrəcavi İran, Suriya, Livan, Səudiyyə rejimi, Küveyt, Bəhreyn rejimi, Qətər və İngiltərədə rözə məclisləri qurmuşdur.

Ayətullah Seyyid Casim ət-Tüveyrəcavi Seyid Möhsün Əl-Həkimi mənəvi atası hesab edir və Nəcəfül Əşrəfin rəhbərliyi ilə daim təmasını qoruyur. Ayətullah Seyid Məhəmməd Baqir Sədr də cümə gecələri Kərbəlaya gəlib və onun məclislərində iştirak edərdi.

Deyerler.org

İmam Hüseynin (ə) hərəminin xətibi vəfat etdi

captcha