IQNA

7:29 - October 21, 2020
Xəbər sayı: 3488411
“Ey Muhəmməd, onlar övliyalarım, dostlarım, seçilmişlərim və səndən sonra yaratdıqlarım üzərində “dəlil”lərimdir! Onlar sənin də vəsi və canişinlərin, səndən sonra yaratdıqlarımın ən yaxşılarıdır!”
“Merac” hədisində nəql olunur ki, Peyğəmbəri-Əkrəm (s) Allah-Taaladan soruşdu:
 
يا رَبِّ، ومَن أوصِيائي؟ فَنوديتُ: يا مُحَمَّدُ، أوصِياؤُكَ المَكتوبونَ عَلى ساقِ عَرشي، فَنَظَرتُ وأنَا بَينَ يَدَي رَبّي جَلَّ جَلالُهُ إلى ساقِ العَرشِ، فَرَأَيتُ اثنَي عَشَرَ نورًا، في كُلِّ نورٍ سَطرٌ أخضَرُ مَكتوبٌ عَلَيهِ اسمُ وَصِيٍّ مِن أوصِيائي، أوَّلُهُم عَلِيُّ بنُ أبي طالِبٍ، وآخِرُهُم مَهدِيُّ اُمَّتي. فَقُلتُ: يا رَبِّ، هؤُلاءِ أوصِيائي مِن بَعدي؟ فَنوديتُ: يا مُحَمَّدُ، هؤُلاءِ أولِيائي وأحِبّائي وأصفِيائي وحُجَجي بَعدَكَ عَلى بَرِيَّتي، وهُم أوصِياؤُكَ وخُلَفاؤُكَ وخَيرُ خَلقي بَعدَكَ.
 
“Ey Rəbbim! Mənim vəsilərim kimlərdir?”
 
Nida gəldi: “Ey Muhəmməd, sənin vəsilərinin adları ərşimin sütununa yazılmışdır!”
 
Mən uca Rəbbimin müqabilində ərşin sütununa baxdım və on iki nur gördüm ki, hər bir nurda yaşıl rənglə vəsilərimin adları yazılmışdı. Onların birincisi Əli ibn Əbutalib, axırıncısı isə ümmətimin Məhdisi idi. Dedim: “Ey Rəbbim! Onlar məndən sonrakı vəsilərimdirmi?”
 
Nida yetişdi: “Ey Muhəmməd, onlar səndən sonra övliyalarım, dostlarım, seçilmişlərim və səndən sonra yaratdıqlarım üzərində “dəlil”lərimdir! Onlar sənin də vəsi və canişinlərin, səndən sonra yaratdıqlarımın ən yaxşılarıdır!” (“İləlüş-şəraye”, səh.6, hədis 1.)
 
Maide.az – Maarif bölümü
Teqlər: vəsi ، vəli ، höccət ، rəsul ، nəbi
Ad:
E-poçt:
* Comment:
* captcha: