IQNA

22:32 - October 25, 2020
Xəbər sayı: 3488449
Tehran (IQNA)  - Fransanın rəsmi siyasət adamlarının, o cümlədən prezident Makronun çıxışından sonra bu ölkədə başlayan islamofobiya dalğası müsəlmanlar tərəfindən sərt şəkildə pislənilir.

Fransada rəsmi dövlət adamlarının, müəllimlərin və siravi vətəndaşların müsəlmanların müqəddəslərini təhqir etməsi bu ölkədə ictimai durumu gərginləşdirib.

Müsəlman ölkələrinin rəsmiləri və müsəlman təşkilatları bu ölkədə müsəlmanlara qarşı başladılan islamofobiyanı məhkum edirlər.

Pakistanın baş naziri, Livan Şiələrinin Ali Məclisinin rəisi və İraq Əhli-Sünnə İslami Fondunun rəisi Fransada İslam peyğəmbərinin (s) təhqir edilməsini qınayıblar.

Livan Şiələrinin Ali Məclisinin rəisi Ayətullah Şeyx Əbdüləmir Qəbəlan bu barədə bəyaniyyə yayaraq bildirib: Fransanın müsəlmanların peyğəmbərinin (s) karikaturasını yaymaqda inad etməsi məsuliyyətsizlik və ağılsızlıqdır.

Bu cür addımlar bütün dinlərin təlimlərinə ziddir və daha çox sionizm təfəkkürünə uyğundur.

Peyğəmbərin (s) şəxsiyyətinin təhqir edilməsi heç bir dinə və əqli məntiqə sığmır, əqidə və söz azadlığına da ziddir.

Buna görə də bu kimi rəftarların qarşısı alınmalıdır.  /3931180

Ad:
E-poçt:
* Comment:
* captcha: