IQNA

10:24 - October 30, 2020
Xəbər sayı: 3488499
Fransa prezidenti və mediası tərəfindən İslam dininə və Həzrət Peyğəmbərimizə (s) edilən təhqirlərə qarşı fələstinlilərin etirazları davam edir.

Rusiyanın paytaxtı Moskvada bir qrup müsəlman Həzrət Muhəmməd (s) Peyğəmbəri çəkdiyi karikaturalarla təhqir edən Fransanın Şarli Hebdo jurnalına etiraz etmək üçün Fransa səfirliyi qarşısında toplaşıb.

Deyerler.org xəbər verir ki, Rusiya mətbuatında yer alan xəbərlərə görə, təxminən 20 nəfərlik bir qrup Şarli Hebdoya etiraz etmək üçün Moskvadakı Fransa səfirliyi qarşısında icazəsiz aksiya keçirib.

Polis qüvvələri icazəsiz aksiyaya müdaxilə etdikdən sonra etirazçıların əksəriyyəti dağılışıb və səfirlik binasının qarşısında qalan bir neçə müsəlman Həzrət Muhəmməd (s) Peyğəmbəri sevdiklərini bildirən plakatlar qaldırıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: