IQNA

İmam Hüseynin (ə) hərəmində tunelin inşasına başlandı

10:03 - October 31, 2020
Xəbər sayı: 3488504
Layihə zəvvarların hərəkətinə təsir etmədən və qapıları bağlamadan Bab Ras Əl-Şərif sərdabında asanlıqla həyata keçirilir. İki tərəfi birləşdirən tunelin uzunluğu 10 metr, eni 4.5 metrdir.

İmam Hüseynin (ə) müqəddəs ziyarətgahındakı sərdabələrin (zirzəmi) birləşdirilməsi layihəsini həyata keçirən şirkət, sıxlığın azaldılması və zəvvarlara rahatlıq yaradılması üçün Bab Ras Əl-Şərif və Əl-Hair Əl-Hüseyni sərdablarının birləşdirilməsi işlərin davam etdiyini elan edib.

Layihənin meneceri mühəndis Salam Saadun bu barədə açıqlama verib: “Texniki və mühəndis heyəti Əl-Hair Əl-Hüseyni sərdabının Bab Ras Əl-Şərif sərdabı ilə əlaqələndirilməsi sahəsində, İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının mühəndis-texniki şöbəsinin nəzarəti altında işlərini davam etdirir.

Layihə zəvvarların hərəkətinə təsir etmədən və qapıları bağlamadan Bab Ras Əl-Şərif sərdabında asanlıqla həyata keçirilir.

İki tərəfi birləşdirən tunelin uzunluğu 10 metr, eni 4.5 metrdir.

Fondda istifadə olunan bütün materiallar və layihənin həyata keçirilməsində istifadə ediləcək digər materiallar hamısı çox keyfiyyətli məhsul və materialdır.

İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının indiyə qədər 4.000 kvadrat metrlik ərazisi olan dörd sərdabənin (Əl-Hiccə, Əş-Şuhada, Əl-Ras Əl-Şərif və Bab Əl-Qiblah Əl-Kəbir) yaratması açıqlanmışdı. /deyerler

 

Teqlər: imam hüseyn ، kərbəla ، tunel
captcha