IQNA

Vəhdət həftəsində Pişavərdə "İran namazxanası" açıldı – Foto

9:48 - November 08, 2020
Xəbər sayı: 3488573
Tehran (IQNA)  - Pakistanın Pişavər şəhərində şiə və sünni alimlərin və universitet ustadlarının iştirakı ilə İran Mədəniyyət Evinin namazxanasının açılış mərasimi olub.

Pakistanın Pişavər şəhərində şiə və sünni alimlərin və universitet ustadlarının iştirakı ilə İran Mədəniyyət Evinin namazxanasının açılış mərasimi olub.

Bu namazxana Vəhdət həftəsində sevimli peyğəmbərimiz Həzrət Məhəmməd Mustafanın (ə) mövlud günü münasibəti ilə açılıb.

İran İslam Respublikasının Pakistandakı konsulluğu və Mədəniyyət Mərkəzinin təşəbbüsü və xeyriyyəçilərin həmkarlığı ilə tikilən namazxana iki ölkə müsəlmanlarının vəhdət simvoludur.

Açılış mərasimində müfti Əbdülcəmil Mənsuri namazxananın təsisçisi üçün dualar oxuyub və Məğrib namazı əhli-sünnə alimi, Pişavər alimləri və şeyxlərinin beynəlxalq şurasının rəisi Əllamə Məhəmməd Şüəybin imamlığı ilə qılınıb.  

Mərasimdə İranın Pişavərdəki baş konsulu Həmidrza Qumi, Mədəniyyət Evinin məsulu Mehran İskəndəryan, Pişavər universitetinin araşdırmalar şöbəsinin rəisi Prof. Fəxrul-İslam, Şəhid Arif Hüseyn Hüseyni adına elmi dini hövzənin rəis müavini Əllamə Abid Hüseyn Şakiri, Pişavərin Ömər Faruq məscidinin müftisi və Cümə namazı xətibi Əbdülcəlil Mənsuri, Pişavərin Şeyx Zahir İslam Mərkəzinin ustadı Professor Əbdürrəhman və digərləri iştirak ediblər.     /3933767

 

 

captcha