Sionist İsrail rejimi 2020-ci ilin əvvəlindən etibarən 400-dən çox fələstinli uşağı həbs edib.
Fələstin Əsirlər Klubu 2020-ci ilin əvvəlindən keçən ayın sonuna (oktyabr) qədər 400-dən çox fələstinli uşağın tutulduğunu açıqlayıb.
Əl-Qüds Əl-Ərəbi qəzetinin yazdığına görə, Beynəlxalq Uşaqların müdafiəsi günü münasibətilə (20 noyabr) yayımlanan hesabatda, 18 yaşın altındakı 400 fələstinlinin əksəriyyətinin Qüdsdən olduğu və Sionist rejimin hələ də həbsxanalarında 170 uşağın əsir saxladığı qeyd olunub.
Hesabatda sionist rejimin fələstinli uşaqların tutulması vaxtı məktəbdən məhrumetmə, ailə ziyarətlərindən məhrumetmə və təklikdə olmaq kimi geniş pozuntulara yol verdiyi bildirilir.
2015-ci ildə sionist rejim əsir götürülmüş uşaqlara sərt cəzalar tətbiq edən qanun qəbul edib və bu, bəzi hallarda ömürlük həbs cəzasına səbəb olur.
Əsirlər Klubu daha sonra sionist rejimin 2017-ci ildən bəri 7000 uşağı həbs etdiyini açıqlayıb. /3936275