IQNA

8:31 - November 24, 2020
Xəbər sayı: 3488700
Leonardo da Vinçinin rəsmlərindəki bakteriyaların DNT-sini araşdıran mikrobioloqlar rəsm əsərlərinin harada və necə çəkildiklərini, kağızın necə hazırlandığını müəyyənləşdiriblər.

Leonardo da Vinçinin rəsmlərindəki bakteriyaların DNT-sini araşdıran mikrobioloqlar rəsm əsərlərinin harada və necə çəkildiklərini, kağızın necə hazırlandığını müəyyənləşdiriblər.

“Report”un məlumatına görə, tədqiqatın nəticələri “Frontiers in Microbiology” jurnalında dərc edilib.

Alimlər Vinçinin "Turin Avtoportreti" də daxil olmaqla altı məşhur rəsmini seçib, səthlərindən toz və xırda qırıqlar toplayaraq mikrobların və insan genomunun parçalarını çıxarıblar. Onların sonrakı tədqiqatları, demək olar ki, bütün rəsmlərdə bakteriyaların genetik materialının üstünlük təşkil etdiyini göstərib.

Bundan başqa, əsərlərin üzərində insan DNT-si aşkar edilib. Bu da restavrasiya işi görənlərin ciddi nəzarət tədbirlərinə riayət etmədiklərini ortaya çıxarıb. Digər tərəfdən, bakteriyaların növlərinin və ümumi tərkibinin bəzi xüsusiyyətləri, bütün rəsmlərin Turin və Roma ərazilərində çox uzun müddət hazırlandıqlarını və ya olduqlarını göstərir.

Rəsm əsərlərinin çəkildiyi kağızların hazırlanma üsulu isə tamamilə fərqli olub. Bundan əlavə, elm adamları kağız səthində siyanobakterial qabıqların parçalarını və milçəklərin mikroflorasından mikrob DNT-sini tapıblar.

 
Ad:
E-poçt:
* Comment:
* captcha: