IQNA

Fransa Anti-İslamofobiya Cəmiyyətinin fəaliyyəti dayandırıldı

23:15 - November 28, 2020
Xəbər sayı: 3488736
Tehran (IQNA) - Fransa dövləti cəmiyyətdə islamofobiyanın yayılması əleyhinə fəaliyyət göstərən İslami təşkilatın fəaliyyət lisenziyasını ləğv edib.

Fransa dövləti müsəlman cəmiyyətə təzyiq siyasətinin davamında islamofobiya ilə mübarizə aparan ictimai təşkilatı ləğv edib. Bu barədə Fransanın baş naziri Gerald Darmanin Noyabr ayının 19-da göstəriş vermişdi. Baş nazirin əmrinə əsasən müsəlman azlıqların hüquqlarını müdafiə edən və islamofobiyaya qarşı mübarizə aparan "Fransa anti-İslamofobiya cəmiyyəti"nin (CCIF) qanuni fəaliyyəti ləğv edilib.

Fransanın baş naziri Gerald Darmaninin Parisdə müəllimin mətkəbli müsəlman tərəfindən qətlə yetirilməsinin ardınca bu cəmiyyəti təqsirli bilmiş və onları "cümhuriyyət" əleyhinə fəaliyyət göstərən İslam mərkəzi olmaqda ittiham etmiş və sosial şəbəkədə həmin cəmiyyətin məsullarından baş verənlərlə bağlı açıqlama vermələrini istəmişdi.

"Fransa anti-İslamofobiya cəmiyyəti" (CCIF) həmin çağırışa cavab olaraq yazmışdı: Fransanın baş naziri radikal sağçı partiyaların istəyinə əsasən bu sözləri deyib. Çünki CCIF cəmiyyəti əsasən ölkə xaricində islamofobiya ilə mübarizə fəaliyyəti göstərir və İslamofobiya qurbanlarına hüquqi dəstək olur. Fransa məsullarından da istəyirik ki, cəmiyyətdə qardaşlıq şəraiti yaratmağa və ayrıseçkilik yaradan səbəbləri aradan qaldırmağa çalışsın.

Fransa anti-İslamofobiya cəmiyyəti onlara qarşı səsləndirilən əsassız, qərəzli və yalan ittihamları rədd edərək cari həftənin Cümə günü (27 Noyabr 2020) Fransadakı fəaliyyəti dayandırdığını elan etmiş və fəaliyyətini ölkə xaricinə çıxartdığını bildirmişdir.

Fransa anti-İslamofobiya cəmiyyəti bildirib: Biz qanunu icra edir və qanunun icra edilməsini tələb edirik. Baxmayaraq ki, bizi qanunu pozmaqda günahlandırırlar və bu bizə qarşı ən pis ittihamdır.

Cəmiyyət əlavə edib: Bizim təşkilatımızın maddi əmlakı şərik təşkilatlara ötürüldü. Onlar bütün Avropda İslamofobiya ilə mübarizə məşələni daşıyacaqlar.

fransalı yazar Fransua Burga dövlətin bu təşkilat barədə addımını tənqid edərək deyib: Anti-İslamofobiya cəmiyyətini ləğv etmək Emmanuel Makron tərəfindən qeyri-libiral və anti-demokartik gedişdir. Dövlətin islamofobiya siyasəti ölkə üçün ən böyük təhlükədir. Müəllimin terror edilməsinə reaksiyada ifrata varmaq elə terrorçuların istədiyidir. İslamofobiya dili ilə danışmaq müsəlman və terrorçu arasında fərq qoymur. Terrorçular cəmiyyətdə müsəlmanlara qarşı yaranmış sui-zənn, nadanlıq və qorxudan istifadə edirlər.

/3937841

   

captcha