IQNA

22:25 - December 01, 2020
Xəbər sayı: 3488760
Ali Səud rejimi Əvamiyyə şəhərində İmam Hüseyn (ə) məscidini dağıtmaq istəyir. Səbəbi isə Şəhid Şeyx Nimrin həyatda ikən bu məsciddə namaz qılması və məscidin hazırda onun simvoluna çevirilməsidir.

Ərəbistanın terrorist və təkfirçi Ali Səud rejimi Əvamiyyə şəhərində İmam Hüseyn (ə) məscidini dağıtmaq istəyir. Səbəbi isə Şəhid Şeyx Nimrin həyatda ikən bu məsciddə namaz qılması və məscidin hazırda onun simvoluna çevirilməsidir.

"Ali Səud rejimi Əvamiyyə şəhərində İmam Hüseyn (ə) adına olan məscidi dağıtmaq istəyir" - bunu Səudiyyə Ərəbistanlı fəal  Adil əs-Səid  deyib. 
O bildirib ki, Ali Səud rejim rəsmiləri  Əvamiyyə şəhərində İmam Hüseyn (ə) adına olan məscidin dağıdılması  göstərişini artıq verib. "Şəhid Nimr bu məscidin imam camaatı və xətibi olduğu üçün , məscid bir simvola çevrilib. Buna görə Ali Səud rejim rəsmiləri məscidi dağıtmaq istəyir". 
O qeyd edib ki,  Ali Səud rejimi  Qətif  bölgəsində  şiələr əleyhinə  vəhşicəsinə müharibə aparır. "Onlar isətyir ki,  Şəhid Nimrə aid olan hər bir şeyi məhv etsinlər, lakin  hər nə etsələr də  bu şəhid azadə insanların ilham vericisidir. 
A. Səid deyib ki, Əvamiyyə şəhər məscidinin dağıdılması  hökumətin  Qətifin mərkəzində yerləşən İnqilab xiyabanındakı binaları  dağıtmaq layihəsi çərçivəsində həyata keçiriləcək. 
"Qətifdə ikinci  etiraz dalğasından sonra hökumət Qətif bölgəsinin simvollarını  dağıtmaqla  İnqilabçı hərəkatdan  intiqam alır." 
A.Səid həmçinin qeyd edib ki,  ötən həftələr ərzində  Ali Səud rejimi  Qətif bölgəsində çox sayda ruhanini  həbs edib.  /3938583
Ad:
E-poçt:
* Comment:
* captcha: