IQNA

23:32 - December 04, 2020
Xəbər sayı: 3488785
Tehran (IQNA) -  İranlı alim, universitet ustadı, tarix və hədis elmləri mütəxəssisi Dr. Əhməd Paketçinin iştirakı ilə "Quran və Tarix; Quranın tarix demək metodu" vebinarı keçiriləcək.

Tehran (IQNA) -  İranlı alim, universitet ustadı, tarix və hədis elmləri mütəxəssisi Dr. Əhməd Paketçinin iştirakı ilə "Quran və Tarix; Quranın tarix demək metodu" vebinarı keçiriləcək.

İran İslam Respublikasının "Şəhid Behişti Universiteti"nin təşəbbüsü ilə keçirilən vebinar, sabah, həftənin Şənbə günü, 5 Dekabr 2020-ci il, Tehran vaxtı ilə saat 17:30-dan 19:30-dək keçiriləcək.

Quran və Humanitar Elmlər fənlərarası silsilə elmi iclaslar çərçivəsində Şəhid Behişti Universitetinin təşəbbüsü, Universitetlər Cihadı Təşkilatının Fənlərarası Quran Araşdırmaları Mərkəzi, İran Quran Araşdırmaları Birliyi, İslami Mədəniyyət Araşdırmaları Birliyi və Quranın Ecazkarlığı Elmi Birliyinin həmkarlığı ilə keçirilən vebinara Şəhid Behişti Universitetinin elmi heyətinin üzvü Qasim Dərzi katiblik edəcək.

Vebinarda iştirak etmək istəyənlər qarşıdakı linkdən - https://www.sbu.ac.ir/webinar - iclasa qoşula bilərlər.    

/3939003

Ad:
E-poçt:
* Comment:
* captcha: