IQNA

Fələstinlilər kilsəni yandırmaq istəyən sionistə mane oldular

7:13 - December 06, 2020
Xəbər sayı: 3488795
Tehran (IQNA) -  Qüdsün fələstinli vətəndaşları Beytul-Müqəddəsdə "Cəsmaniyyə" kilsəsini yandırmaq istəyən qəsəbə sakini olan sionistin qarşısını alıblar.  

Tehran (IQNA) -  Qüdsün fələstinli vətəndaşları Beytul-Müqəddəsdə "Cəsmaniyyə" kilsəsini yandırmaq istəyən qəsəbə sakini olan sionistin qarşısını alıblar.  

Qəsəbə sakini olan sionist yəhudi Cəbəl Zeytun rayonunda xristianların "əl-Cəsmaniyyə" kilsəsini yandırmaq istəyərkən fələstinli müsəlmanlar buna mane olublar.

Bu sionist kilsəyə soxularaq kilsənin əşyaları üzərinə alovlandırıcı maddələr tökərək kilsəni yandırmağa cəhd göstərib. Bundan xəbər tutan əhali hadisənin qarşısını alıblar.

Daha sonra isə məsələyə sionist hərbiçiləri müdaxilə edib və radikal qəsəbə sakini olan sionist yəhudini oradan uzaqlaşdırıblar.

Kilsənin oturacaqlarından bir hissəsi sionist yəhudi tərəfindən yandırılıb.

Qeyd edək ki, bu hadisə bir ilk deyil. Bundan öncə də sionist yəhudilər xristianların ibadət ocaqlarını Qüdsdə və digər ərazilərdə hücum ediblər.  /3939022

captcha