IQNA

Türkiyə bu Afrika ölkəsinə 30 min nüsxə Quran hədiyyə etdi

8:09 - December 14, 2020
Xəbər sayı: 3488845
Tehran (IQNA) -  Türkiyənin "Xeyrat" humanitar xeyriyyə təşkilatı Afrika xalqlarından olan Cibuti respublikasının əhalisi arasında 30 min nüsxə pulsuz Qurani-Kərim paylayıb.

Türkiyənin "Xeyrat" humanitar xeyriyyə təşkilatı Afrika xalqlarından olan Cibuti respublikasının əhalisi arasında 30 min nüsxə pulsuz Qurani-Kərim paylayıb.

Bu xeyriyyə işi "Dünya Quran Tilavət Edir" kampaniyası çərçivəsində həyata keçirilib.

Hədiyyə Quran nüsxələri Türkiyənin İzmir şəhərindən Afrikanın buynuzunda yerləşən bu kiçik ölkəyə göndərilib.

Türkiyənin "Xeyrat" humanitar xeyriyyə təşkilatının İzmirdəki nümayəndəsi Əli Osman Aslançı mətbuat müsahibəsində deyib: Bu iş Afrika qitəsindəki ehtiyaclı insanlarla həmrəylik fonunda həyata keçirilib. Çünki bu qitənin bir çox yerlərində Quran öyrənmək istəyən uşaqlar bir çox hallarda üzərinə Quran ayələri yazılmış kiçik taxta lövhələrdən istifadə etməyə məcbur olurlar. Buna görə də Quran nüsxələrinə kəskin ehtiyacları vardır.

Aslançı xeyriyyə təşkilatının fəaliyyətlərindən danışaraq qeyd edib ki, bu cəmiyyət indiyədək ehtiyaclı müsəlmanlar arasında 600 min nüsxə Qurani-Kərim paylayıb.  /3940866

captcha