IQNA

15:17 - December 14, 2020
Xəbər sayı: 3488849
"Onların bu addımı İslam ümməti düşmənlərinə necə təslim olduqlarını göstərir. Vurduqları zərbə ilə həm də öz nüfuzlarına xələl gətirdilər", - deyə Şəmsəddin Şərafəddin diqqətə çatdırıb.  

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi məlumata görə, yəmənli müfti Şəmsəddin Şərafəddin İsrail ilə diplomatik münasibətləri normallaşdıran ölkələr barəsində açıqlama verib.  

Müfti vurğulayıb ki, bu dövlətlər əsasən Yəmənə hücum edən Səudiyyə Ərəbistanının müttəfiqləridir.

"Onların bu addımı İslam ümməti düşmənlərinə necə təslim olduqlarını göstərir. Vurduqları zərbə ilə həm də öz nüfuzlarına xələl gətirdilər", - deyə Şəmsəddin Şərafəddin diqqətə çatdırıb.  

Şəmsəddin Şərafəddin İsrail ilə diplomatik münasibətləri normallaşdırmaq razılaşmasının əslində fələstinlilərin qətlinə razı olmaq ilə eyni məna daşıdığını da sözlərinə əlavə edib. /eastnews/

 

Teqlər: Yəmən ، müfti ، Səudiyyə
Ad:
E-poçt:
* Comment:
* captcha: