IQNA

7:52 - December 17, 2020
Xəbər sayı: 3488867
Tehran (IQNA) -  Həzrət Zeybənin (s) mübarək mövludu münasibətilə "zoom" şəbəkəsi üzərindən "Zülmdən oyanışa doğru hərəkatçı qadın" adlı dörd günlük virtual dəyirimi masa keçiriləcək.

Həzrət Zeybənin (s) mübarək mövludu münasibətilə "zoom" şəbəkəsi üzərindən "Zülmdən oyanışa doğru hərəkatçı qadın" adlı dörd günlük virtual dəyirimi masa keçiriləcək.

Bu vebinara İran İslam Respubkikasının "Beyəlxalq Aşura Fondu", Livanın "İmam əl-Müntəzər" müəssisəsi və Həzrət İmam Rzanın (ə) ziyarətgahı evsahibliyi edəcək.

İran İslam Respubkikasının "Beyəlxalq Aşura Fondu"nun verdiyi məlumata əsasən vebinar cari həftənin Cümə günü, 18 Dekabr 2020-ci ildə, Tehran vaxtı ilə saat 8:30-da başlayacaq və dörd gün davam edəcək.

Vebinarın açılış mərasimində Ayətullah Məhəmməd Həsən Əxtəri (İran İslam Respubkikasının "Beyəlxalq Aşura Fondu"nun icraçı katibi), Ayətullah Seyid Müctəba Hüseyn (Ali Məqamlı Rəhbərin İraqdakı nümayəndəsi), İfaf əl-Həkim (Livan HİZBULLAH təşkilatının qadınların işi üzrə məsulu), Ümmü Mehdi Bədruddin (Livan İslami Müqavimət Təşkilatının qadınların işi üzrə icraçı katibi və Nurul-Hüda Dəndiş Bəluq (Livanın İmam əl-Müntəzir Ümumdünya Assambiliyasının Zeynəbçi Qadınları Cəmiyyətinin icraçı katibi) iştirak və çıxış edəcəklər.

Həmçinin vebinarda digər ölkələrdən olan yazar, araşdırmaçı və alimlər qatılacaqlar. O cümlədən Bəhreyndən xanım Rəca əl-Kəliti, Misrdən xanım Nüha Həsən əl-Bənna, Livandan Ğadə İsa, Misrdən Əhməd Rasim Nəfis, Livandan Səhər Mustafa, Mərakeşdən İdris Hani, Yəməndən Əməl Vila və Almaniyadan Zəhra əl-Musəvi çıxış edəcəklər.

Vebinarın ikinci günü İran Ali Elmi Dini Hövzənin ustadı Ayətullah Əbdüssahib, Fransalı psixoloq xanın Dr. Lina Vəhbi, Fələstinli fəal Dəlal əs-Səlti, Səudiyyə Ərəbistanın "Əhli-Beyt Universiteti"nin rəisi Şeyx Əbdülmöhsün əl-Bəqşi, Küveytli yazar Xövlə əl-Qəzvini, Livanlı şair Cəmanə Əmhər, Livanlı araşdırmaçı Zeynəb Xənsa, İraqlı universitet müəllimi Əbdülvahid Əkili, Tunisli universitet ustadı Fadiya Hüseyn, İtaliyadan universitet ustadı Hüveyda Cəbəq və İranın əz-Zəhra (s) universitetinin ustadı xanım Ənisə Xəzəli çıxış edəcəklər.

Vebinarın üçüncü günü də Livan, Misr və digər ölkələrdən olan yazar, araşdırmaçı, din alimi və mütəfəkkirlərin çıxışı ilə davam edəcək.

Vebinarın sonuncu günü isə İmam Rza (ə) hərəminin məddahı Səlah Həddad dini nəğmə (sürud) icra edəcək. Livanlı və iranlı şairlər şeir oxuyacaq.

Vebinar Həzrət Zeynəbin (s) mübarək mövludu günü (20 Dekabr = 5 Cəmadiul-Əvvəl) Höccətul-İslam vəl-müslimin Seyyid Heydər tərəfəindən Həzrət Zeynbəb (s) ziyarətnaməsinin oxunması ilə başa çatacaq. /3941539

Ad:
E-poçt:
* Comment:
* captcha: