IQNA

23:49 - December 22, 2020
Xəbər sayı: 3488903
Hollandiyadakı Eyndxoven Texnologiya Universitetindən olan müsəlman qadın Silisium üzərində aprdığı araşdırmalarına görə, “Fizika Dünyası 2020-nin İnkişafı” mükafatını alıb.

Hollandiyadakı Eyndxoven Texnologiya Universitetindən olan müsəlman qadın Silisium üzərində aprdığı araşdırmalarına görə, “Fizika Dünyası 2020-nin İnkişafı” mükafatını alıb.

Tətbiqi fizika kafedrasının doktoru müsəlman xanım Elham Fədali mükafatı Erik Beykkerson və Alen Deykstroy ilə birlikdə alıb.

"Deyerler.org"un islam.ru-ya istinadən verdiyi xəbərə görə, onlar bu nənticəyə Yena Universiteti ilə etdikləri əməkdaşlıq sayəsində gəlib.

Silisium əsaslı yeni material optik telekomunikasiya və hesablama sahələrində, eyni zamanda kimyəvi sensorların yaradılmasında istifadə ediləcək.

"Telekomünikasiya dalğalarında işıq saçan silisium əsaslı materialın yaradılması ilə Beykkers komandası silisium cihazları üçün tətbiqetmə dünyasında tamamilə yeni mərhələyə qədəm qoydu", - deyə “Fizika Dünyası”nın rəhbəri Xemiş Conson qeyd edib.

Ad:
E-poçt:
* Comment:
* captcha: