IQNA

22:03 - January 25, 2021
Xəbər sayı: 3489130
“Salam olsun kiçik cihadı yerinə yetirənlərə. Onların boynunda böyük cihad hələ də qalmaqdadır!” O Həzrətdən: “Ya Rəsuləllah! Böyük cihad nədir?” – deyə soruşulduqda, Həzrət buyurdu: “Nəfslə cihad.”
Qurani-Kərimin “Ənkəbut” surəsinin 6-cı ayəsində buyurulur:
 
وَمَنْ جاهَدَ فَإنّما يُجَاهِدُ لِنَفْسِهِ إِنَّ اللهَ لَغَنِيٌّ عَنِ العالَمِينَ
 
“Cihad edən hər kəs özü üçün cihad etmişdir. Həqiqətən, Allah aləmlərdən ehtiyacsızdır.”
 
Nəfsin tərbiyəsi bir növ cihad və insanları övlamaq üçün pusquda dayanmış daxili düşmənlərlə mübarizədir.
 
Bir gün Peyğəmbəri-Əkrəm (s) bir qrup İslam mübarizini cihad meydanına göndərdi. Onlar cihaddan qayıtdıqda, Peğəmbər onları görüb buyurdu:
 
مَرحَباً ِقَوم قَضَوا الجِهادَ الأَصغَرَ وَبَقيَ عَلَيهِم الجِهادُ الأَكبَرُ، فَقِيلَ يا رَسُولَ اللهِ، ما الجِهادُ الأكبرُ، قالَ: جِهادُ النَّفسِ
 
“Salam olsun kiçik cihadı yerinə yetirmiş insanlara. Onların boynunda böyük cihad hələ də qalmaqdadır!” O Həzrətdən: “Ya Rəsuləllah! Böyük cihad nədir?” – deyə soruşulduqda, Həzrət buyurdu: “Nəfslə cihad (mübarizə).”” (“Vəsailuş-şiə”, c. 11, səh. 122.) 
 
Cihad haqqında nazil olmuş bəzi Quran ayələrində də cihad sözü “böyük cihad” olaraq təfsir edilir. Bu, bəlkə də ona görədir ki, cihad deyərkən yalnız nəfslə cihad nəzərdə tutulur. Yaxud da ona görədir ki, cihadın ümumi mənası var və hər iki cihada şamil olunur.
 
Qumminin təfsirində Allah-Taalanın (وَمَنْ جاهَدَ فَإنّما يُجَاهِدُ لِنَفْسِهِ إِنَّ اللهَ لَغَنِيٌّ عَنِ العالَمِينَ (“Cihad edən kəs özü üçün cihad etmişdir. Həqiqətən, Allah aləmlərdən ehtiyacsızdır.”) – kəlamına belə izah verilib: “Cihad edən kəs dedikdə, şəhvətlərlə, icazəli olmayan ləzzətlərlə və günahlarla əlaqədar nəfslə mübarizə edən nəzərdə tutulur.” (“Təfsiri-Qummi”, c.2, səh.148.)
 
Bu təfsir buradan irəli gəlir ki, ayədə cihadın faydasının cihad edən insanın özünə qayıtdığı qeyd olunur. Bu isə əsasən nəfslə mübarizədə ola bilər.
 
Bu ayədəki “bizim yolumuzda” (fina) və “öz yolumuza hidayət edərik” (lənəhdiyənnəhum subuləna) ifadələrindən də aydın olur ki, söhbət “böyük cihad”dan gedir. Yaxud da bu söz ümumi mənada işlənərək hər iki növ cihadı ehtiva edir. (“Ayate-əxlaqi (Əxlaq ayələri)”, Ayətullah Məkarim Şirazi, səh.22-24.)
 
Maide.az – Maarif bölümü
Ad:
E-poçt:
* Comment:
* captcha: