IQNA

21:26 - January 26, 2021
Xəbər sayı: 3489145
Türkiyənin Yalova şəhərinin Bağlarbaşı məhəlləsində ələvi ailələr irqçiliyə məruz qalıblar.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Türkiyənin Yalova şəhərinin Bağlarbaşı məhəlləsində ələvi ailələr irqçiliyə məruz qalıblar.  Bu barədə yerli mənbələr məlumat yayıblar.  

Məlumatda vurğulanır ki, Bağlarbaşı məhəlləsində 5 evin divarına işarələr vurulub və "ələvi" sözü yazılıb.  

Ailələrin şikayətindən sonra bölgəyə gələn polis faktla bağlı cinayət işi başladıb, araşdırmaların davam etdiyi açıqlanıb.  

Fakta "Hacı Bəktaş Vəli Anadolu Mədəniyyət Vəqfi"nin Yalova şöbəsinin sədri Fikrət Dəmir də münasibət bildirib: "Cəmiyyətimizdə problem yaratmağa çalışırlar. Ələviləri əsəbiləşdirən bu irqçiliyə qarşıyıq. Prosesi izləməyə davam edəcəyik". 

Teqlər: Türkiyə ، Yalova ، irqçilik ، Ələvi
Ad:
E-poçt:
* Comment:
* captcha: